Uşaqlıqdan arzum Azərbaycan çempionu olmaq idi.
Boyukmillet.com xəbər verir ki, bunu kişilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Aydın Süleymanlı deyib.
O, Azərbaycan milli komandasının üzvü olmaq istədiyini bildirib: “Düşünürəm ki, tez bir zamanda millimizi təmsil edəcəm. Oyunlarımız çətin keçdi. Seçmə mərhələdə bir o qədər yaxşı çıxış etmədim. Finala son anda vəsiqə qazandım. Lakin həlledici mərhələdə özümü yaxşı tərəfdən göstərə bildim. İlk dəfə idi ki, Məhəmməd Muradlıya qalib gəlirdim. O, mənim yaxın dostumdur. Məhəmməd güclü şahmatçıdır”.
Qeyd edək ki, Aydın Süleymanlı aprelin 10-26-sı aralığında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən Azərbaycan çempionatının qalibi olub.