Cümə , 22 Noyabr 2024
Drone Cameras

AYNA FƏRHAD: SƏNƏ YAZIB GÖNDƏRMƏDİYİM MƏKTUBLARDAN

Salam. Necəsən? deyə soruşmuram. Səni yaxşı tanıdığım üçün təxmin edirəm halını. Karantinin neçənci günüdü bilmirəm. Amma içimdə bir nigaranlıq var sənə görə. Yaşadığın natəmiz kafenin önündən qadağa günlərindən öncə çox keçdim. Birində qardaşınıda gördüm. Amma çəkindim yaxınlaşım səni soruşum.

Bir dairə vurub yenidən keçdim o yerdən. Axı kafelərin də faliyətini dayandırmışdılar. Nigaran idim ac olarsan. Paltarın çirkli olar. Demişdin xərçəng xəstəsiyəm. Halının pisləşməyindən qorxurdum. Elə ilk gündə səni itirməkdən qorxduğum kimi. Etdiyin bütün pisliklərini bağışlamaq qərarına gəlmişdim. Dedim insandıda səhv edib. Üç ildi bağışlanmağını gözləyir. Bəlkə daha əvvəlki deyil. Bəlkə ötüb keçib pis xarekterləri.

Son zəngin fevralda olmuşdu. Məni xəstəxana küncündə tənha qoyduğuna görə qəzəblənmişdim. Əsəbi halda səni təhqir etmişdim. Gör nə qədər kinli, təkəbürlüsənki onu son zəngin də üzümə şillə kimi vurdun. Özün günahkar ola-ola məni beş il öncə dediyim sözə görə mühakimə etdin. Üstündən beş il keçdiyi halda. Bu səbəbdən nömrəni silmişdim. Nömrən olsaydı yığıb özüm halını sorardım. Amma çəkdirdiyin altı illik əziyyəti vərəqlərə yazaraq saxlamışam. Buda elə o vərəqlərdən biridi. Yəgin sənə çatmamış saralıb solacaq. O birilər kimi qaranlıq bir küncdə tozlanacaq.

Qadağa günündən bir gün öncə yenə keçdim o yerdən. Bu dəfə yemək gətirmişdim sənin üçün. Axı pulunu, evini əlindən alıb səni küçəyə atıblar. Səndə qalırsan o natəmiz kafedə. Neçə yatırsan, nə yiyirsən deyə çox narahat idim. Kaş heç gəlməzdim. Məni görəndə arxamca qaçıb qarşımda diz çöküb əhv dilədiyin halda indi də mənə və əməlinə xəyanət ilə məşqul idin. Yanında çox gözəl bir xanım var idi. Yenə bax aldandım sənə. Sən düzələn deyilsənmiş.

Mənim qədrimi bilmədiyin üçün üzülmürəm. Tanrının mənə yazdığı bəxtim belədir. Öz gücümlə ayaqda durmağa çalışdığım halda birdə sən baltaladın məni. Amma lənətə gəlmiş yumuşaq qəlbim. Yenə elə düşünür bəlkə tanışın idi o xanım. Və mənim ağlımada əmr edir səni düşünüm. Bəlkə indi acsan əziyyət çəkirsən….
 Ayna Fərhad

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …