Şənbə , 27 Aprel 2024
Drone Cameras

Tarixin ən qorxunc təcrübələri

Tarix təcrübələr, testlər və ixtiralarla doludur. Eramızdan əvvəl yaşamış olan kimyaçılardan, 21-ci əsrin müasir elm dünyasına qədər aradan ötən minlərcə ildə dəyişən çox şey oldu. Cəmiyyət olaraq çox irəli getdik, çox təkminləşdik. Elmi işlərində bu mövqeydə rolu yüksəkdir.
Ancaq gələcək və təkminləçmək sərhəd tanımır.
Bu gün həyatımızı dəyişdirən onlarca kəşf meydana çıxarsa, sabah yenə dayanmayacağıq. Yeni icadlarımız sayəsində bu dəfə bir addım daha irəli getməyə çalışacağıq. Və beləcə dəyişilməyən tək şey, dəyişimin özü olacaq.
Ancaq tarixdə o qədər böyük amansız, o qədər vicdansız təcrübələr edildiki, bax bunların insanlığa faydası sual altındadır.
İkinci dünya müharibəsi zamanı nasistlərin etdiyi qəddar təcrübələrdən, pisxoloji sarsıntılara yol açan testlərə qədər olan tarixin ən qorxunc təcrübələrindən bəziləri bunlardır.

  1. Nasist təcrübələri.
    Nasistlərin həyata keçirdiyi insanlıq xarici təcrübələri tariximizdə bir qara ləkə olaraq durur. Əsir düşərgələrinə göndərilən yəhudiləri işgəncələrlə öldürməklə kifayətlənmirlər. Qadın, uşaq olduğunu düşünmədən onları bir Qvineya donuzu kimi təcrübələri üçün istifadə edirdilər. Yalnız öz rifağları üçün.
    Bu dövürdə keçirilən təcrübələr üç hissəyə ayrılır.
  2. Ordu heyyətinin sağ qalmasını asanlaşdırmaq üçün edilən təcrübələr.
    Məsələm hipotermiyanın müalicəsini tapmaq üçün əsirlərə sözdə donma təcrübələri edib, canlı-canlı ölmələrinə icazə verirdilər.
    Bunun xaricində dəniz suyunun, içməli su kimi istifadəsinə çalışırdılar.
    Bir əsgər təyyarədən hansı yüksəklikdən atdandığı zaman ölməz? sualının cavabını tapmaq üçün müəyyən məsafələrdən yəhudiləri təyyarələrdən atır, sonra da gedib ölüb ölmədiklərinə baxırdılar.
  3. Əsgərlərin müharibədə qarşılaçacağı yaralanma və xəstəliklər üçün çıxış yolu axtarılırdı. Malyariya, tifuz, tuperkloz, sarılıq, hepatit kimi xəstəliklər üçün çarələr axtarılır və labaratoryilarda təcrübə üçün insanlardan istifadə edirdilər. Heyvanlardan istifadə etməyə ehtiyac duymurdular. Çünki alman irqindən olmuyanlar, heyvanlardan daha aşağı görünürdülər.
  4. Üçüncü təcrübənin məqsədi isə nasistlərin dünya görüşünü dəstəkləməkdir.
    Məsələm irqlərin yolxucu xəstəliklərə necə reaksiya verəcəyini görmək üçün yəhudilər, romalılar və bir çox iriqlər üzərində təcrübələr aparıldı. Belə nəticəyə gəlmək olurki Hitlerin düşmancılığı sadəcə yəhudilərə deyildi. Həm də yəhudilərin irq olaraq necə aşağı təbəqədə olduğu elmi cəhətdən sübuta yetirilməsi məqsəd idi.
    Ancaq belə birşey istəsəkdə münkün ola bilməz.
    Hətta yəhudilərə çox asan şəkildə yolxucu xəstəliyin keçdiyi sübuta yetirilmək istədildiyi an, almanların yaşadığı coğrafi mühitə əsasən bəzi xəstəliklərdə immunitetlərinin zəif olduğu nəticəsi təsdiq edildi. Bu səbəbdən təcrübələr tez bir şəkildə dayandırıldı.
  5. Körpə Albert təcrübəsi.
    Duyğular müxtəlifdir gülməyin, ağlamağın sevinməyin ya da kədərlənməyin dili yoxdur.
    Dünyanın hər yerində eyni şəkildə baş verər. Fərqli danışsaq və ya fərqli mimikalar etsəkdə bu duyğuların kökü əslində eynidir. Amma bir dənəsi istisna olmaqla. Qorxu. Bu məlumata sahib olmağımıza səbəb olan təcrübə özlüyündə adı kimi qorxunc bir həqiqəti daşıyır.
    Amerkalı pisxoloq Con Vatsın etik qaydaları gözləmədən sadəcə 8 aylıq körpə olan Albert üzərində qorxunc bir təcrübə edib.
    Təcrübənin keçirilmə səbəbi, qorxunun insanda sonradan yaranan bir refleks və ya doğuşdan yaranan bir impuls olduğu sualına cavab tapmaq idi.
    Bu suala cavab tapmaq istəyən həkim Vatsın da təcrübəsində bir körpəni qorumaq məcburiyyətində idi. Köməkçisi Rozelli Rayenlə birlikdə xəstəxananın uşaq şöbəsində olan körpələri nəzərdən keçirməyə başladılar.
    Amma qorxu ilə bağlı suallara dəqiq fikirlər ala bilmələri üçün ətraflı testlərə ehtiyacları vardı.
    Bu səbəbdən axtarışa icazə verilməsi üçün, yəni uşaqlarının təcrübədə iştirakına göz yumacaq bir ailə axtarmağa başladılar. Sonda gerçək adını bilmədiyimiz, ancaq tibb dünyasında Albert adlanan 8 aylıq bir körpənin ailəsi ilə razılığa gəlməyi bacardılar.
    Təcrübə Albertə edilən bir neçə duyğu testi ilə başladı. Nəhayyət növbə əsil mərhələyə gəldi. Hər insanın fərqli reaksiyalar verəcəyi, çəkinmə və ya qorxma ehtimalı olan şeylərə Albertin davranışı maraqlı idi.
    Albertə sıra ilə ağ siçan, dovşan, yanan kağız parçaları, parik və maska göstərildi. Bunlarla ilk dəfə qarşılaşan Albert qorxmaq yerinə gülümsəyərək reaksiya verir, hətta hamısı ilə oynamağa çalışırdı.
    Bir müddət davam edən vəziyyətin ardından ikinci mərhələyə keçid edildi.
    Albert pampers və yataq istisna olmaqla içində heçnə olmayan bir otağa aparıldı. Orda tək başına buraxıldı.
    Sonra da otağa ağ labarotoriyya siçanları buraxıldı. Albert eyni reaksiyanı verir, siçanların arxasıyca iməkləyərək onları tutmağa çalışırdı. Yəni gözlənilən vəziyyətin əksi yaşanır, Albert qorxmaq yerinə əylənirdi.
    Artıq təcrübənin son mərhələsi idi. Həkim Vatsın əlinə çəkic və dəmir bir çubuq alaraq otağa daxil oldu. Albert onu görmürdü. Gözləri ilə siçanları təqib etməyə davam ediridi.
    Həkim Vatsın körpənin siçanlardan birinə toxunmağını gözlədi. Toxunduğu an çəkici dəmirə vuraraq narahatlıq gətirən səs çıxartmağa başladı. Albert bu səsdən qorxmuşdu. Siçanları tutmağı buraxıb dayandı. Qısa zaman sonra kiçik yaddaşından silinən o hadisədən sonra diqqətini yenidən hərəkətdə olan ağ siçanlara vermişdi. Tam təkrar toxunacağdı ki, Vatsın eyni səsi təkrar çıxardı. Dəfələrcə bunu təkrar etdi. Təcrübə bir neçə gün davam etdi.
    Artıq sadəcə siçanlar deyil, cansız tüklü obyektlərdə daxil edilmişdi prosesə.
    Bir həftənin sonunda balaca Albert bəyaz və tüklü obyekt görəndə qorxub ağlamağa başlayır, ondan qaçmağa çalışırdı.
    Hələ dünyanı yeni tanıyan bir körpəyə qorxunun nə olduğunu öyrədən həkimlər həm etik qanunları pozmuş, həm də Albertin gələcəkdə necə bir məsafə ilə yaşayacağını düşünməmişdilər.
  6. Dovşan Ralf təcrübəsi.
    Son zamanlarda papulyar olan dovşan Ralf videosunu milyonlarca insan izləyib. Ralf personajı gerçək olmasada əslində bir çox canlının səsi oldu.
    Heyvanlar üzərində elmi təcrübələrin tarixi təxminən eramızdan əvvəl 500 ilə qədər uzanır.
    İnsan özü üçün yaratdığı məhsullardan özünü qorumaq üçün başqa canlılara zərər vurmağa o dönləmlərdə başlayıb.
    Son zamanlarda ən çox haqqında danışılan mövzu kosmetika sektorunda istifadə edilən təcrübə dovşanlarıdı. Əlbətdə fərqli elmi çalışmalarda istifadə olunan meymun, sıçan, pişik, it kimi heyvanlarda var. Və bu həssaslıq hamısı üçündür.
    Dovşanlar üzərində edilən kasmetika təcrübələr üç fərqli mərhələdən ibarətdir.
    Daha doğrusu bu təcrübələr istehsal ediləcək məhsula görə dəyişilir.
    Məsələm ten, sürmə kimi gözə yayılma ehtimalı olan məhsullarda drayz yəni göz təhlili testi həyata keçirilir.
    Bu metod 1940- cı illərin əvvəlirdə amerkalı qida və dərman yaradıcılarından olan həkim Drayz tərəfindən təkmilləşdirilib.
    Həkim dovşanların gözlərinə sıxılan təcrübə maddəsinin nə qədər qıcıqlanma yaraddığını müəyyən edən bir dərəcə göstərməyi bacardı. Təbii buna bacarmaq demək olarsa.
    Sonra da bu metoda öz adını verərək kosmetika dünyasına tanıtdı.
    Əslində kosmetik məhsulların müvəffəqiyyət dərəcəsi çoxda yüksək deyildir.
    Bu testlərdə minlərcə dovşanın gözləri zərər görərkən, bəziləri isə görmə qabiliyyətini tamamilə itirib.
    İkinci təcrübənin adı dermaltoksiklikdir.
    Bu sahədə krem kimi yaxıla bilən kosmetik məhsulların dəridə yaratdığı təsirlər öyrənilməyə çalışılır.
    Dovşanların bədənlərinin müxtəlif hissələri təraş edilərək bu kremlər həmin yerlərə yaxılır. Olduqca can yandıran və qaşındıran bu kremlərin təsirini görmək üçün minimum 2 həftə gözləmək lazım gəlir.
    Bu müddət ərzində dovşanların bədənlərini qaşımamaqları, qıcıqlanma yaratmamaqları üçün hərəkət edə bilməyəcək qədər xüsusi kiçik qablara qoyulurlar. Və başlarına müxtəlif qoruyucular taxılır. Bəzi dovşanlar üçün bu təcrübə 6 ay çəkə bilir. Ardınca bazara göndəriləcək kremlər istehsal olunur.
    Ancaq bu hal minlərcə dovşanın həyatına son qoyur.
    Son təcrübə metodu dodaq boyası kimi yeyilmə risqi olan kosmetik məhsullardır. Yeni səhvən dodaq boyasınını yesək vicudumuza nə kimi zərərləri ola bilər sualının cavabı yenə dovşanlarda axtarılır.
    Güclə boğazlarına basılan bu məhsulun onlarda necə təsir yaradacağı gözlənilir. İstifadə olunan maddənin nə qədər vaxtda öldürdüyünü anlamaq üçün can verən dovşanların acılarına son qoyma yerinə ölüm zamanları hesablanır.
    Bu təcrübələrdə minimum 4 həftə sürür. Yenə minlərcə dovşanın həyatına son qoyulur.
    Bəzi insanlar bizim sağlamlığımız üçün başqa canlıların ölümünü adi hal və vaciblik kimi qəbul edir.
    Hətta bizim eradan əvvəl 500­­-cü ildə yaşasaydıq bu mövzuda həmfikir ola bilərdik.
    Ancaq bu günümüzdə bu təcrübələr heyvanlar olmadanda keçirilir və insanlar üzərində təsiri başa düşülə bilir.
    Markaların bu medotdan istifadə səbəbləri heyvan təcrübələrinin onlara görə daha mahiyətli olmasıdır.
    Böyük kosmetika firmaları bizim sağlamlığımız üçün deyil üzərimizdən etdikləri qazanc azalmasın deyə heyvan təcrübələri aparır.
    Siz də bu mövzu haqda fikirlərinizi rəylərdə yazmağı unutmayın. Qarşısını almaq üçün heçnə edə bilmərik, yalnız dövlətlər səvviyyəsində bu hal aradan qaldırıla bilər deyə düşünürsünüzsə öz gücünüzə inanmırsız deməkdir.
    Əgər heyvanlar üzərində təcrübə aparan brendlərin məhsullarını almasaz və bu brendlər ölkəmizdə satış edə bilməsələr.
    Sərt tənqidi etiraz ilə fikirlərimizi bildirmə haqqımız hər zaman davam edir. Dama­-dama göl olar sözü bu günümüzdə belə gündəmdədir. Sən deməsəm, mən deməsəm bəs necə heyvanlar aid olduqları təbiətdə yaşıyacaq?
    Ayna Fərhad

Check Also

2022-ci ildə ən çox itkiyə məruz qalan beş milyarderin adı açıqlanıb

“Forbes” jurnalı 2022-ci ildə sərvətləri ümumilikdə 378 milyard dollar azalan beş milyarderin adını açıqlayıb. Boyukmillet.com xəbər …