Cümə , 3 May 2024
Drone Cameras

2022-ci ildə ən çox itkiyə məruz qalan beş milyarderin adı açıqlanıb

“Forbes” jurnalı 2022-ci ildə sərvətləri ümumilikdə 378 milyard dollar azalan beş milyarderin adını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yer alıb.

Siyahıya başçılıq edən planetin ən varlı adamlarından biri, “SpaceX”, “Tesla” və “Twitter” şirkətlərinin rəhbəri İlon Maskdır. Son bir ildə onun sərvəti 100 milyard dollardan çox azalıb.

İkinci və üçüncü yerləri “Amazon” şirkətinin sahibi Ceff Bezos və “Meta Corporation”ın rəhbəri Mark Zukerberq tutublar. Nəşrin məlumatına görə, onların itkiləri müvafiq olaraq 85 və 77 milyard dollar təşkil edib.

İlk beşliyi hər biri təxminən 45 milyard dollar itirən “Google”un həmtəsisçiləri Larri Peyc və Sergey Brin tutub.

Check Also

Vətən müharibəsi zamanı Ermənistan Yunanıstandan olan hakerlərdən dəstək alıb

“44 günlük Vətən müharibəsi dövründə Ermənistan bir sıra ölkələrin, xüsusən də Yunanıstandan olan hakerlərdən dəstək …