Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Azərbaycan avqustda mobil internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

Boyukmillet.com xəbər verir ki, bu iyul ayı ilə müqayisədə 3 pillə geriləmədir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 MB/S), sonuncu yeri isə Kuba (1,95 MB/S) tutub.

Məlumata görə, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu – 145-ci yeri isə Kuba (4,34 MB/S) tutub.

Bundan başqa, avqustda Bakı şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …