Çərşənbə , 26 Yanvar 2022
Home » Maliyyə » Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8 % azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8 % azalıb

2021-ci ildə Azərbaycanda əsas kapitala 16 127 milyon manat və yaxud 2020-ci il ilə müqayisədə 8,2 % az vəsait yönəldilib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il neft-qaz sektoruna investisiyalar 5,6 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 9,6 % azalıb.

İstifadə olunmuş vəsaitin 10 536,7 milyon manatı və yaxud 65,3 %-i məhsul istehsalı sahələrinə, 4 560,8 milyon manatı və yaxud 28,3 %-i xidmət sahələrinə, 1 029,5 milyon manatı və yaxud 6,4 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 794,3 milyon manatını və yaxud 73, %-ni daxili vəsaitlər təşkil edib, 11 015,7 milyon manatı və yaxud 68,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 %, büdcə vəsaitləri 25,7 %, sair vəsaitlər 7,5 %, bank kreditləri 6,1 %, əhalinin şəxsi vəsaitləri isə 6 % paya malik olub.

Check Also

Azərbaycanın bank sektorunun xalis mənfəəti 7% artıb

Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət əldə edib. Boyukmillet.com  Azərbaycan Mərkəzi Bankına istinadən …