Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Boyukmillet.com-un xəbərinə görə, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə V.Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, – Azərbaycan lideri bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …