Çərşənbə , 26 Yanvar 2022
Home » hadisə » Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb

Azərbaycanda universitet müəlliminin evindən 50 min manat oğurlanıb

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.

Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb

Bakıda kassir mağazadan 55 min manat pul oğurlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən …