Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.
Toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.
Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.
Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.