Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan atletləri beynəlxalq turnirlərdə qızıl medal qazanıblar

Azərbaycanın iki atleti beynəlxalq turnirlərdə qızıl medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, üç təkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən XXXII Qosanov Memorialında bütün rəqiblərini qabaqlayıb.

İdmançı 13.89 metr nəticə ilə özünəməxsus Azərbaycan rekordunu da yeniləyib. O, göstəricisini bir sm yaxşılaşdırıb.

Çəkic atmada mübarizə aparan Anna Skidan isə Estoniyanın Pyarnu şəhərində baş tutan “Parnu Beach Stadium” yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Atlet 71.86 metr nəticə göstərərək turnirin qalibi olub.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …