Şənbə , 28 Mart 2026
Drone Cameras

Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nı yenilənmiş varianta təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara görə, banklarda Korporativ İdarəetmə Komitəsi yaradılacaq. Bu komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.

Bundan başqa, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …