Bazar , 19 May 2024
Drone Cameras

Lənkəranda narkokuryerlər polisə xəsarət yetirməyə cəhd göstəriblər

Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.

Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.

Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.

Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “əmi” adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.

Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …