Bazar ertəsi , 16 Sentyabr 2024
Drone Cameras

“Azərbaycan beynəlxalq media qurumlarını erməni vəhşiliklərini görmək üçün bölgəyə dəvət edir” – Cəsarət Hüseynzadə

“Azərbaycan öz haqq işi ilə bağlı dünya ictimaiyyətinə ardıcıl və faktlara əsaslanan məlumatlar çatdırır. Ölkənin ərazi bütövlüyünün təmin olunması ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqe ortalığa qoyulur. Ermənistan tərəfi isə bu şəraitdə döyüş bölgəsindən kənarda yerləşən ərazilərə və xüsusən mülki şəxslərə qarşı qadağan olunmuş silhalar ilə zərbələr endirir.”

Bu fikirləri Olaylar.az açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.

Cəsarət Hüseynzadə qeyd edir ki, Azərbaycan beynəlxalq media qurumlarını erməni vəhşiliklərini görmək üçün bölgəyə dəvət edir:

“Bu media qurumları da görüdülərini haqqında məlumatları öz auditoriyasına çatdırır. Nəticədə erməni yalanları ifşa olunur. Erməni yalanlarının ifşa olunduğunu görən erməni disaporası təhdid və şantaj yolu ilə aparıcı media qurumlarına təsir etməyə başlayırlar. Artıq bununla bağlı bir neçə fakt məlumdur. 

Bildiyimiz kimi Fransanın “TF1” telekanalına  ədalətli mövqeyi nümayiş etdirən reportajından sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başladılar. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb. Çöx təəsüf ki, başqa mövuzlar ilə bağlı həmin dövlətin rəsmiləri söz və ifadə azadlığını önə çəksə də, bu məqamda susdular. Eyni proses  bir neçə digər media qurumlarına qarşı da baş verib. Ermənilər “Euronews”un əməkdaşlarını mühasirəyə alıb “Ermənilərin tərəfini tutun” kimi çağırışlar etməsi, eləcə də “New York Times” qəzetinə qarşı hucumalar etməsi erməni siyasətinin əsl üzünü göstərməkdədir. Lakin erməni lobbisinin bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri iflasa uğuramaqdadır.”

Azərbaycan döyüş meydanında, diplomatik və informasiya müharibəsi sahəsində öz ağır zərbələrini düşmənə endirməkdə olduğunu qeyd edən Cəsarət Hüseynzadə bildirir ki, ölkə başçısı İlham Əliyevin Avropa, Amerika, Rusiya və Türkiyənin aparıcı KİV-lərinə verdiyi müsahibələrilə erməni yalanlarını ifşa etmiş və Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırır:

“Prezident qərəzli qərb jurlasitlərinin belə tairxi və real faklrar qarısında qoyaraq, ölkəmizin ərazi bütövlüyün təmin olunması ilə bağlı apardığı hərbi əməliyyatların beynəlxalq hüquqa əsaslandığını və BMT TŞ -nın müvafiq qətnamələrinin icrasının təmin olunmasına yönəldiyini diqqətə çatdırmışdır.”

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …