Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycan Cüdo Federasiyasında yeni təyinat olub

Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.

Boyukmillet.com xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.

O, əvvəllər ANS, ATV telekanallarında, “Report” İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.

Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.

Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …