Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Azərbaycan cüdoçusu ermənini 25 saniyəyə yenərək, medal qazanıb

Azərbaycan cüdoçusu Məhəmməd Məmişov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Boyukmillet.com-un məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan Məhəmməd Məmişov 3-cü yer uğrunda görüşdə ermənistanlı Qor Safaryanı üstələyib. Məmişov rəqibini 25 saniyəyə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, bu gün Azərbaycanın 3 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 55 kq-da Şahin Orucov serbiyalı Matiya Yeremiçlə, 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …