Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Maaş artımı ilk növbədə əhalinin aztəminatlı hissəsinə şamil olunmalıdır”

“Maaş artımı ilk növbədə əhalinin aztəminatlı hissəsinə, daha çox ehtiyacı olanlara, şəhid və qazi ailələrinə şamil olunmalıdır. Mən öncədən də belə demişəm. Amma iyunun 22-də Milli Məclisdə keçirilən müzakirələr göstərdi ki, əslində bu, birbaşa deputatların maaşının artırılması məsələsi deyil. Bu, daha çox ölkənin iqtisadi imkanlarının genişlənməsi, ÜDM-nin və digər gəlirlərin artımı ilə bağlıdır”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Reyting.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı deyib.

S. Rüstəmxanlı bildirib ki, dövlət büdcəsinə 3 milyard manata yaxın vəsait daxil olub: “Bu pul müxtəlif sahələr üzrə bölünür. Həm Qarabağın bərpasına, həm müdafiə və təhlükəsizliyin gücləndirilməsinə, həm də sosial müdafiə və icra orqanlarında çalışanların vahid əməkhaqqı sisteminin yaradılmasına. Deputatların maaşlarının artırılmasını da nəzərdə tutur”.

S. Rüstəmxanlı əlavə edib ki, bundan kimlərsə narazı qalacaq: “Təəssüflər olsun ki, Azərbaycanda nə deyirsənsə, ona hökmən qulp qoyurlar. Psixologiya belədir. Səhərdən-axşama Quran ayəsi danış, yenə nəsə tapacaqlar. Amma gərək ictimai rəy də vəziyyəti dərindən təhlil etsin və ədalətli olsun. Bu halda ictimai rəy hamı tərəfindən qəbul edilər. Bir daha deyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də əlavə vəsait ayrılıb ki, ehtiyacı olan təbəqələrin yardım, müavinət və təqaüd məsələsinə baxılsın. Təbii ki, imkan daxilində. Odur ki, belə məsələlərdə ədalətli olmaq lazımdır”.

Deputat diqqətə çatdırıb ki, o, parlamentdə hər zaman xalqı düşündürən məsələləri qaldırır: “Bir daha qeyd edirəm ki, ədalətli olmaq lazımdır. Və hər şeyə qulp qoymaq məsələsi də aradan qalxmalıdır. Tənqid lazımdır, amma söhbət ədalətli tənqiddən gedir”.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …