Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

“Azərbaycan Dəmir Yolları” yük daşımalarını 3 % artırıb

2021-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 15,058 milyon ton yük daşıyıb.

Boyukmillet.com quruma istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,9 % çoxdur.

Ötən il yük daşımalarının 7,435 milyon tonu və yaxud 49,4 %-i beynəlxalq (idxal-ixrac) daşımaların payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 3,2 % azdır.

İl ərzində tranzit yük daşımalarının həcmi 11 % artaraq 4,585 milyon tona, daxili yük daşımalarının həcmi isə 7,85 % artaraq 3,038 milyon tona çatıb.

Check Also

“IndiGo” İran ətrafındakı vəziyyətə görə Bakı daxil olmaqla bir sıra şəhərlərə uçuşları dayandırır

Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün …