Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib

Azərbaycan Ermənistan hərbçilərinə aid daha 95 meyiti qarşı tərəfə təhvil verib.

Bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.

Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …