Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan-Ermənistan sülh bəyannaməsi qardaş Türkiyənin mütərəqqi regional rolunu daha da gücləndirəcək …

Samir Adıgözəlli: “Sülhməramlı kontingent məsələsində də ciddi balans əldə etmişik”

Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq.

Dövlət başçısı bildirib: “Mən bir məsələni də qeyd etmək istərdim. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazılıb: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”. Mən deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli də qəzetimizə açıqlamasında əldə olunan razılaşmanı çox müsbət dəyərləndirdiyini bildirdi: “Bu tarixi bir gündür. Bizim qələbəmizi təmin edən bir sənəd imzalanıb. Görürəm, bəziləri yenə də ürək bulandırmağa başlayıb. Sülhməramlı missiyanı az qalırlar rusların Azərbaycanı yenidən işğalı kimi şərh edələr. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən, çox ətraflı danışmaq istəmirəm. Bəyanatda Dağlıq Qarabağla bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir.

Növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir”.

Müsahibimiz bildirdi ki, əsas narazılığın ifadə olunduğu sülhməramlı kontingent məsələsində də ciddi balans əldə etmişik.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …