Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycan gələn il üçün müdafiə təyinatlı məlumatlar üzrə sifarişlər alıb

“Ötən il 156 adda silah və hərbi texnikanın yaradılması həyata keçirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il 1000-dən artıq adda müdafiə təyinatlı məhsullar mənimsənilib, müvafiq qaydada istehsal edilərək Azərbaycan Silahlı Qüvvələrinin anbarlarına təchiz edilib: “Gələn il üçün nazirliyin müəssisələrində istehsal olunacaq müdafiə təyinatlı məhsullarla bağlı sifarişlər almışıq. Bu sifarişlərlə bağlı məlumatı yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …