Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan gömrükçüləri 2 kiloqram metamfetamin aşkar edib

İrandan Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə – metamfetamin aşkar edilib. 

Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır. 

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …