Çərşənbə , 19 Mart 2025
Drone Cameras

Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər, axtarışlara başlanılıb


 Azərbaycan hərbçiləri Gədəbəydə qar uçqununa düşüblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

“Hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb. Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib”, – məlumatda deyilir.

Check Also

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Qazaxıstanda saxlanılaraq ölkəyə gətirilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. …