Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bağladı – Ermənistanı İranla birləşdirən yol QAPANDI

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Boyukmillet.com xəbər verir ki, Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnuxu hissəsini bağlayıb. Yolun açılması və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, avqustun 25-də gündüz saatlarında iki erməni hərbiçisi Azərbaycan sərhədçisi Ruslan Şirəliyevə hücum edib və onu süngü-bıçaqla yaralayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, hadisə Qoris-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında yerləşən hissəsində baş verib. Bundan sonra Azərbaycan tərəfi bu təxribata adekvat cavab veriləcəyini bəyan edib.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …