Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycan hərbçiləri terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyənin İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …