Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər – Dalğıc hazırlığı” kursunda iştirak edib.

Boyukmillet.com xəbər verir ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …