“Zirə” Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.
Boyukmillet.com paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq “Zirə” 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), yanvarın 24-də isə Şimali Makedoniyanın “Breqalnitsa” klubları ilə qarşılaşacaq.
Komanda yanvarın 25-də Bakıya qayıdacaq.