Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Azərbaycan lideri: “Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”

“Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Boyukmillet.com xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

“Şuşa həqiqətən alınmaz qala sayılır. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”, – dövlət başçısı bildirib.

Check Also

Qəzənfər Əhmədov: Azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı işlərinə ciddi maneə yaradır

Hazırda azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparmağa ciddi maneə …