Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan məhsulları Çindəki sərgi-yarmarkada maraqla qarşılanıb

“Made in Azərbaijan” brendi ilə istehsal edilən məhsullar Çinin Tiencin şəhərində keçirilən “2021 Haihe İnternational Consumption Summit&Carnival” beynəlxalq istehlak sərgi-yarmarkasında nümayiş etdirilib.

Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Çinin iri elektron ticarət platformalarından olan “JD.com”un təşkilatçılığı ilə keçirilən tədbirdə qida və kənd təsərrüfatı məhsullarımız vahid ölkə stendində təqdim olunub. Sərgi-yarmarka iştirakçıları Azərbaycan məhsullarına böyük maraq göstərib.

“JD.com”un təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkada yalnız bu platformada onlayn ticarət evi olan ölkələr iştirak edir. “JD.com”da onlayn Azərbaycan Ticarət Evi yaxın zamanlarda fəaliyyətə başlayacağı üçün yarmarkada vahid ölkə stendimiz qurulub.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …