Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Azərbaycan məktəbliləri Serbiyada 20 medal qazanıb

Serbiyanın paytaxtı Belqradda Dünya Məktəblilərinin İdman Oyunlarına yekun vurulub.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın karate, cüdo və taekvondoçu məktəblilərinin ardınca, güləşçi yeniyetmələri də medallar qazanıb.

Sərbəst güləş yarışlarında məktəblilər 8 medal əldə edib. Onlardan Sadiq Hüseynov (44 kq) və Camal Abbasov (52 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Elton Məmmədov (38 kq), Elgün Məmmədov (44 kq), Rəvan Rəhimli (48 kq) və İsmayıl Əsədli (85 kq) isə finaladək yüksəlməklə gümüş medala layiq görülüblər. Daha iki güləşçi – İsa Yusifov (44 kq) və Abdulla İbrahimov (75 kq) isə bürünc medalla kifayətlənib.

Beləliklə, Azərbaycan məktəbliləri yarışı 20 medalla başa vurub.

Check Also

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub. Boyukmillet.com xəbər verir ki, müntəzəm mövsümün son …