Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Rusiyada universitetə silahlı basqın nəticəsində ölənlərin sayı 8-ə çatıb-YENİLƏNİB

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

Boyukmillet.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

11:50

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

11:40

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Boyukmillet.com Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11:24

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

https://youtu.be/nEodepWGx7s

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …