Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan Mərkəzi Depozitarların Dünya Forumunda iştirak edib

Avrasiya Mərkəzi Depozitarlar Assosiasiyası (AECSD), Avropa Mərkəzi Depozitarlar Assosiasiyası (ECSDA), Asiya Mərkəzi Depozitarlar Assosiasiyası (ACG), Afrika və Yaxın Şərq Depozitarlar Assosiasiyası (AMEDA) və Amerika Mərkəzi Depozitarlar Assosiasiyasının (ACSDA) birgə təşkilatçılığı ilə video konfrans formatında Mərkəzi Depozitarların Dünya Forumu keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi (MDM) məlumat yayıb.

Məlumata görə, 3 gün davam etmiş tədbirdə müxtəlif ölkələrdən maliyyə bazarları sahəsində 78 peşəkar ekspert çıxış edib. Görüşlərdə maliyyə qurumlarının nümayəndələri, o cümlədən MDM-in əməkdaşları iştirak ediblər.

Forumda, kapital bazarları sahəsinin davamlı inkişafında Mərkəzi Depozitarların rolu, kiber davamlılıq, əqdlər üzrə hesablaşma periodları, depozitar xidmətlər üzrə yeni texnologiyaların tədbiqi və digər mövzular ətraflı müzakirə edilib, müvafiq məsələlər üzrə fikir mübadiləsi aparılmış və ekpertlərə ünvanlanmış suallar cavablandırıb.

Mərkəzi Depozitarların Dünya Forumu regional mərkəzi depozitarlara kapital bazarları üzrə məlumat mübadiləsi, regionlararası və qlobal səviyədə əlaqələrin qurmaq üçün platforma təqdim edir.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …