Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İrlandiya Senatının sədri: “Rusiyanın Ukraynada törətdiklərini soyqırımı aktı olaraq tanıyırıq”

“İrlandiya Senatı Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünü soyqırımı olaraq tanıyıb”.

Boyukmillet.com xəbər verir ki, bu barədə İrlandiya Parlamenti Yuxarı Palatasının, Senatının sədri Mark Deyli tviter səhifəsində yazıb.

“Rusiya Federasiyasının Ukrayna ərazisinə qanunsuz müdaxiləsi soyqırımı aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı törətməsi haqqında qətnamə qəbul edib”, – Mark Deyli bildirib.

Qətnamədə qeyd olunub ki, Rusiyanın siyasi rəhbərliyi Ukraynada törətdikləri cinayətlərə görə cavab verməlidir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …