Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan millisi AVRO-2023-ə Bakıda start verir

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü ildə baş tutacaq Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək.

Boyukmillet.com -un məlumatına görə, A qrupunun ilk turunun oyununda rəqib Danimarka yığması olacaq. Bakıda Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək. Azərbaycan millisinin qrupdakı digər rəqibi Türkiyə yığmasıdır.

AVRO-2023-ün təsnifat mərhələsi

A QRUPU

3 avqust

18:00 Azərbaycan – Danimarka

Bakı. Voleybol Mərkəzi

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …