Şənbə , 14 Mart 2026
Drone Cameras

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

Boyukmillet.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub. Siyahıya 1831 xalla Braziliya başçılıq edir.

(Report.az)

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …