“Qarabağ” çox yaxşı çıxış etdi”.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Qarabağ”ın Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, matç ərzində “köhlən atlar”ın qol vurmaq üçün 3-4 real imkanı olub: “Onların yalnız birindən istifadə edə bildilər. Düşünürəm ki, növbəti mərhələyə keçmək üçün səfərdə çox yaxşı şansları olacaq”.
O, Azərbaycan Premyer Liqasının XXIV turunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşünə da toxunub. 67 yaşlı mütəxəssisin sözlərinə görə, yığmanın heyətinin formalaşması baxımından bütün oyunlar çox vacibdir: “Bundan əvvəl “Sabah”la “Qarabağ”ın matçını da izləmişdim, çox maraqlı, balanslı görüş oldu. Düşünürəm ki, kublarımızın aralarındakı oyunlar nə qədər çətin olsa, bu, milli komandaya xeyirdir. Biz də öz növbəmizdə bütün oyunları, futbolçuları izləyirik, hər biri ilə yaxından maraqlanırıq”.
Canni De Byazinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.