Cümə , 20 Fevral 2026
Drone Cameras

Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb. 

“Boyukmillet.com”un məlumatına görə, oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək. 

Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq. 

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv oktyabrın 26-da isə Slovakiya ilə qarşılaşacaq. Mundialın əsas mərhələsi 2020-ci ildə Litvada olacaq. 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …