Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycan nümayəndə heyəti paralimpiada üçün Pekinə yollanıb

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 – 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …