Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada deyilir ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl çəkmədiyini bir daha sübut edir:

“Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla regionda sülh prosesinə maneə törətməkdədir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın hərbi təxribatlarına son qoyulması və sülhün bərpası istiqamətində qəti mövqe nümayiş etməyə çağırırıq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …