“Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə bağlı ermənilərlə danışıqlardan imtina edib”.
Boyukmillet.com xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı bildirib. Mətbuatda yayaılan məlumatlara görə, Azərbaycan tərəfi danışıqlarda rus sülhməramlılarının komandanlığının da iştirakını tələb edib. Lakin Rüstəm Muradov da hazırda məzuniyyətdədir.
“Rusiya sülhməramlıları ermənilərə söz veriblər ki, yol açılacaq. Lakin ermənilərin alternativ yoldan istifadə etmək üçün hərəkətə keçməsi istəklərinə hələki nail olmadığını göstərir: əsas hissəsi torpaq olan alternativ yola yük maşınını salıblar, əgər yük maşını keçə bilsə, digər maşınlar da bu istiqamətə yönləndiriləcək; alternativ yolun tam istifadə verilməsi ilin sonundan tez mümkün deyil.
Yolun açılacağı istisna deyil: Prezident İlham Əliyev də Azərbaycan ərazisinə düşən yoldan isifadəyə imkan yaratmağımızı əməkdaşlıqda maraqlı olduğumun nümunəsi kimi göstərmişdi.
Azərbaycan bir gedişlə Ermənistan üzərindəki təsir imkanlarını göstərmiş oldu: İrəvan Bakının tələblərini yerinə yetirməsə, çətinlik yaşamağa davam edəcək”.