Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Ordusuna Yardım Fonduna vəsaitinin toplanması və istifadəsi qaydası müəyyənləşib

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında” fərmana əsasən Fondun vəsaitinin toplanması və istifadəsi qaydası müəyyənləşib.

Boyukmillet.com  xəbər verir ki, Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin (bundan sonra – Dövlət Xəzinədarlıq Agentliyi) xüsusi xəzinə hesabı açılır, Dövlət Xəzinədarlıq Agentliyi isə Azərbaycan manatı ilə və xarici valyutalarda kredit təşkilatlarında bank hesabları açır.

Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edil’n xərc istiqamətlərinə uyğun istifadə edilməsi Azərbaycan Respublikası Prezidentinin razılığı əsasında həyata keçirilir.

Müdafiə Nazirliyinin Fondun vəsaitindən bu Əsasnamənin 3-cü hissəsi ilə müəyyən edilmiş xərc istiqamətlərinə uyğun istifadə edilməsi üzrə təklifi (vəsatəti) razılıq verilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir və həmin təklifə (vəsatətə) razılıq verildiyi təqdirdə Fonddan vəsaitin ayrılması Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə rəsmiləşdirilir.

Dövlət Xəzinədarlıq Agentliyi Müdafiə Nazirliyinin bu Əsasnamənin 4.3-cü bəndində nəzərdə tutulmuş əmri və ödənişlər üzrə sifarişləri əsasında maliyyələşməni həyata keçirir.

Müdafiə Nazirliyi Fondun vəsaiti hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq həyata keçirir.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …