Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib, şərti düşmən hədəfləri məhv edilib

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib

Check Also

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula …