Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki vəfat edib

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib.

Boyukmillet.com xəbər verir ki, o, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.

E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.

Check Also

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun …