Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan Ordusunun generalı Vətən müharibəsində qələbəyə təsir edən amilləri açıqlayıb

“Vətən müharibəsində qələbə qazanmağımızın bir neçə səbəbi var. Onlardan biri Ali Baş Komandan, Prezident İlham Əliyevin bu müharibəyə rəhbərlik etməsi idi”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, müharibə başlayan ilk gündən etibarən mövcud vəziyyət Ali Baş Komandana məruzə edilirdi: “Hər gün döyüş planı təsdiqlənirdi, tapşırıqlar verilirdi, müzakirələr aprılırdı. Bu qələbədə xalq-ordu birliyinin də öz payı var. Bu qələbənin əldə edilməsinin digər bir amili də var. Hansı ki, onun təməli 1971-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. O zaman Ulu Öndər bütün çətinliklərə sinə gərərək Azərbaycanda hərbi liseyin yaradılmasına nail oldu. Orada milli kadrlarımızın yetişdirilməsinə başlanıldı. Mən indi bir neçə general tanıyıram ki, həmin liseyin məzunudur və Vətən müharibəsində xüsusi qəhrəmanlıqlar göstəriblər”.

Check Also

Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi …