Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycan Ordusunun kapitanı Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun zabiti Türkiyədə bədbəxt hadisə nəticəsində vəfat edib.

Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Türkiyədə komando kursunda iştirak edən hərbi qulluqçu – kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib.

Belə ki, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!”, – nazirlikdən bildirilib.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …