Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Azərbaycan Ordusunun kursantları təlim atış çalışmalarını yerinə yetirib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan qabaq kursantlara təhlükəsizlik qaydaları çatdırılıb, onların nəzəri biliklərini artırmaq məqsədilə atəş hazırlığı üzrə məşğələlər keçirilib. Kursantlar silahların sökülüb yığılması və digər normativləri yerinə yetiriblər.

Səhra şəraitində keçirilən təlim atış çalışmalarında əsas diqqət düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhv edilməsinə yönəldilib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …