Şənbə , 7 Mart 2026
Drone Cameras

Azərbaycan Ordusunun tabor komandirləri arasında yarış keçirilib

2021-ci ilin hazırlıq planına əsasən Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda motoatıcı və dağatıcı tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Sonra praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.

Komissiya tərəfindən aparılan qiymətləndirilmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı (dağatacı) tabor komandiri” adına layiq görülüblər.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …