Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycan parlamentinə yeni mətbuat katibi təyin edilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mehman Qayıbov təyinat alıb. O, bu təyinata qədər parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Qeyd edək ki, daha əvvəl Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev (Ceyhun Əli) vəzifəsindən azad edilib. C.Əliyev ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …