Şənbə , 27 Aprel 2024
Drone Cameras

Peyvənd olunmayanların pensiyası kəsiləcək? – AÇIQLAMA

İqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov sosial şəbəkələrdə COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Boyukmillet.com xəbər verir ki, ekspert hər bir vətəndaşın pensiya hüququnun olduğunu deyib: “Bu onun qazandığı bir hüquqdur. Pensiya qanunvericiliyi var və həmin qanunvericilikdə belə bir məsələ yoxdur. Peyvənd könllüdür. Hətta gələcəkdə peyvənd məcburi olsa belə, heç bir halda bunun pensiya məsələsinə aidiyyatı yoxdur. Bu panikadır, belə məlumatlara inanmaq lazım deyil, aranı qatırlar”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …