Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Parlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Boyukmillet.com  xəbər verir ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Check Also

Qanun layihəsinin adının dəyişdirilməsi təklifi qəbul olunmadı

Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb Boyukmillet.com-un …