Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycan Premyer Liqası: Tura mərkəzi oyunla yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

“Boyukmillet.com”un məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında 23 xalla 5-ci pillədə qərarlaşan “Sabah” 11 xalla autsayder olan “Səbail”i qəbul edəcək. “Bank Respublika Arena”dakı görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bu matçlarda hər iki kollektiv 5 qələbə qazanıb. 3 qarşılaşma heç-heçə başa çatıb. Topların nisbətində isə meydan sahiblərinin üstünlüyü var – 15:13

Son üç oyunda meydan sahibi olan komanda qol vurmayıb. Son 4 qarşılaşmada qol vuran komanda uduzmayıb.

Tura “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Rəqibindən 1 oyun az keçirən “köhlən atlar” hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 35 xalı olan “Zirə” isə 3-cü sırada yer alıb. Zirə İdman Kompleksinin stadionundakı matçı Rauf Cabarov idarə edəcək.

Bunadək baş tutmuş 25 görüşün 17-si Ağdam klubunun xeyrinə başa çatıb. 8 oyunda qalib müəyyənləşməyib. “Qartallar” indiyədək qələbə qazanmayıb. Paytaxt təmsilçisi “Qarabağ”ın vurduğu 52 qola cəmi 12 topla cavab verib. Son dörd matçın hərəsində iki qol vurulub.

Azərbaycan Premyer Liqası

XX tur

19 mart (şənbə)

16:45. “Sabah” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bank Respublika Arena”.

19:00. “Zirə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə “Keşlə” evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə “Qəbələ”yə qalib gəlib – 4:0.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …